Kartlara qayıt
TəqaüdCSC

Praktik bələdçi

CSC dövlət təqaüdü: addım-addım müraciət

Universitet seçimi, professor emaili, pre-admission, CSC sistemi, sənəd yükləmə, nominasiya, nəticə və vizaya qədər tam axın.
011. Rəsmi saytları aç və siyahı qur
022. Universitet və professoru necə tapmaq olar?
033. Professor emaili və pre-admission
Campus China + universitet rəsmi səhifəsini yoxlaProfessor emailini universitet saytından tapAgency number və deadline səhv olmasınSubmit-dən əvvəl screenshot saxla

Təqaüd

CSC dövlət təqaüdü: addım-addım müraciət

Universitet seçimi, professor emaili, pre-admission, CSC sistemi, sənəd yükləmə, nominasiya, nəticə və vizaya qədər tam axın.

1. Rəsmi saytları aç və siyahı qur

Əsas girişlər: 1. Campus China: https://www.campuschina.org/ 2. CSC müraciət sistemi: https://studyinchina.csc.edu.cn/#/login 3. Hər universitetin “International Students Admissions” və ya “Scholarship” səhifəsi. Praktik addım: Excel/Notion cədvəli aç və bu sütunları yaz: Universitet adı, şəhər, ixtisas, dil, proqram növü, agency number, deadline, universitet portalı, CSC sistemi, professor/pre-admission tələbi, sənəd statusu. Təkcə Campus China-a baxmaq bəs etmir. Çünki son tarix, əlavə sənəd və portal tələbi çox vaxt universitetin öz saytında olur.

2. Universitet və professoru necə tapmaq olar?

Magistr və doktorantura üçün professor əlaqəsi çox vacib ola bilər. Addım-addım: 1. Google və ya Baidu-da belə axtar: “university name + school of your major + faculty”, məsələn “Zhejiang University School of Computer Science faculty”. 2. Universitet saytında “Faculty”, “People”, “Supervisor”, “Research”, “Lab” bölmələrini aç. 3. Professor səhifəsində email, research interests, recent publications və lab linkini yaz. 4. Professorun mövzusu sənin study plan ilə uyğun gəlmirsə, email göndərmə. Uyğun 8-12 professor seç. 5. Email subject qısa olsun: “Prospective Master Applicant - CSC Scholarship - Your Research Area”. Əgər sayt Çin dilindədirsə, axtarış sözləri: 导师, 教师, 师资队伍, 研究方向, 邮箱, 招生. Browser translation istifadə edə bilərsən.

3. Professor emaili və pre-admission

Email məzmunu 5 hissədən ibarət olsun: 1. Kim olduğun: ölkə, universitet, ixtisas, GPA. 2. Hansı proqram: Master/PhD, CSC və ya universitet təqaüdü. 3. Niyə bu professor: onun 1-2 research mövzusunu konkret yaz. 4. Sənin planın: 3-5 cümləlik research/study plan. 5. Xahiş: supervision və ya pre-admission imkanını soruş. Əlavə fayllar: CV PDF, transkript, diplom və ya expected graduation letter, research proposal draft, passport scan. İlk emaildə 5-6 böyük fayl göndərmə; PDF-ləri kiçik saxla. Cavab gəlməsə 7-10 gün sonra bir dəfə follow-up et. Hər gün yazmaq pis təsir yarada bilər.

4. CSC sistemində nə doldurulur?

Sistemdə adətən bu məlumatlar olur: personal information, education background, language ability, study plan, university/program choice, agency number, emergency contact, sənəd upload. Diqqət: 1. Ad-soyad pasportla 100% eyni olmalıdır. 2. Agency number səhvdirsə, müraciət yanlış yerə gedə bilər. 3. Type A və Type B yolunu qarışdırma. Type A çox vaxt səfirlik/nomination, Type B universitet yolu ilə gedir. 4. Sənəd upload etdikdən sonra həm CSC sistemini, həm də universitet portalını yoxla. Bəzi məktəblər iki sistem istəyir. 5. Submit-dən əvvəl hər səhifənin screenshot-unı saxla.

5. Submit-dən sonra nə olur?

Submit etdikdən sonra iş bitmir: 1. Universitet portalında statusu izləmək. 2. Email spam folder-i yoxlamaq. 3. Əlavə sənəd, interview və ya professor confirmation istənilə bilər. 4. Nəticə çıxdıqdan sonra Admission Notice və visa sənədi ilə X1/X2 visa mərhələsinə keçirsən. 5. Çinə gəldikdən sonra university registration, medical check, accommodation registration və residence permit mərhələləri olur. Əgər bu addımlar qarışıq gəlirsə, WhatsApp qrupuna qoşul. Qrupda əvvəl müraciət etmiş tələbələrdən soruşa bilərsən; sənəd, professor emaili və submit işi üçün agent/servis məsləhəti də almaq olar.

Yadda saxla

  • Campus China + universitet rəsmi səhifəsini yoxla
  • Professor emailini universitet saytından tap
  • Agency number və deadline səhv olmasın
  • Submit-dən əvvəl screenshot saxla
  • Çətinlik varsa WhatsApp qrupunda soruş
Kartlara qayıt