Təqaüd
Müraciət təqvimi: deadline və statusu necə idarə etmək olar?
1-4 ay müraciət pəncərəsi, məktəb portalı, CSC sistemi, sənəd statusu, professor emaili və nəticə izləmə cədvəli.
1. Cədvəl qur
Excel/Notion sütunları: University, city, major, degree, teaching language, scholarship type, official link, agency number, professor email, pre-admission status, university portal, CSC account, deadline, submitted date, result. Hər universitet üçün rəsmi link qoy. “Məncə martda bitir” yox, konkret elanın linki və tarixi olmalıdır.
2. Vaxtı geriyə hesabla
Deadline-dan geriyə plan: 30 gün əvvəl: universitet və professor siyahısı hazır. 20 gün əvvəl: CV, study plan, transkript, passport scan hazır. 14 gün əvvəl: recommendation letter və medical/no criminal record planı. 7 gün əvvəl: portal upload test. 3 gün əvvəl: final submit. Son gün submit etmək risklidir: sistem yavaş ola bilər, PDF limit verə bilər, əlavə sənəd çıxa bilər.
3. Statusu izləmə və qrupdan kömək alma
Submit-dən sonra həftədə 2-3 dəfə portal və email yoxla. Spam folder-i unutma. Əgər status “returned”, “supplementary documents required”, “under review”, “nominated” kimi dəyişirsə, screenshot saxla. Statusu başa düşmürsənsə, screenshot ilə qrupda soruş. Lazım olsa agentdən “status review” və ya əlavə sənəd cavabı üçün kömək ala bilərsən.
Yadda saxla
- Hər məktəb üçün rəsmi link saxla
- Deadline-dan 3 gün əvvəl submit et
- Portal status screenshot-ları saxla
- Returned status görsən dərhal cavab hazırla